Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da istefa verib.
Senzor.az bildirir ki, bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk məlumat yayıb.
Dmitri Kuleba bu vəzifədə 2020-ci ilin martın 4-dən çalışırdı.
Xatırladaq ki, dünən ölkənin strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ekologiya naziri Ruslan Strelets, habelə Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval vəzifələrindən ayrılmaq istədiklərini bəyan ediblər.
Spikerin sözlərinə görə, müraciətlərə qanunverici orqanın plenar iclaslarından birində baxılacaq.