Bəraət alan şirkət rəhbəri barəsində hökm ləğv edildi – YENİDƏN HƏBS OLUNDU

Bakıda vəzifədən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən, məhkəmə tərəfindən barəsində bəraət hökmü çıxarılan şirkət rəhbəri həbs edilib.

 

“Report” xəbər verir ki, “Az.İnter-Şin” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qənbərli Mətləb Mütəllim oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

 

Onun əməlləri yoxlanılıb və barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

 

İş üzrə ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

 

Səbail Rayon Məhkəməsinin hökmü ilə Mətləb Qəmbərlinin əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılıb.

 

Prokuror bu qərarla razılaşmayaraq apellyasiya protesti verib.

 

Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun icraatında cinayət işi və prokurorun protesti araşdırılıb.

 

Məhkəmənin qərarı ilə Mətləb Qənbərli barəsində çıxarılan bəraət hökmü ləğv edilib, prokurorun protesti təmin edilib. İş üzrə yeni hökm çıxarılıb.

 

Yeni hökmə əsasən, Mətləb Qəmbərli 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.