Azərbaycan regional təhlükəsizliyin təmin olunmasında əla nümunədir.
"Report" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Çernobbioda jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan sülhün necə yaradılmasında da nümunədir. Azərbaycan regionu stabil etməyin yolunu bilir", - deyə Macarıstanın Baş naziri vurğulayıb.
Bundan başqa, V.Orban Moskvaya səfəri ilə bağlı üzləşdiyi tənqidlərdən də danışıb. O qeyd edib ki, tənqidlər səfərin davam edən Ukrayna-Rusiya müharibəsi fonunda baş tutmasına görə olub. V.Orban bir daha bildirib ki, müharibənin sona çatması üçün kommunikasiya mütləqdir.