Qırğızıstan-Türk Dostluq Xəstəxanasına Türkiyə Prezidentinin adı verildi
FOTO

Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstan-Türkiyə əlaqələrinin möhkəmlənməsi və inkişafındakı müstəsna xidmətlərini nəzərə alaraq, Bişkek Dövlət Qırğızıstan-Türk Dostluq Xəstəxanasına onun adının verilməsi barədə fərman imzalayıb. 

 

Senzor.az bildirir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Tibb mərkəzi gələcəkdə “Rəcəb Tayyib Ərdoğan adına Qırğızıstan-Türkiyə Dostluğu Bişkek Dövlət Xəstəxanası” adlanacaq.

 

Bu gün tibb müəssisəsi qeyri-kommersiya təşkilatıdır, onun fəaliyyəti diaqnostika və müalicə işlərinin keyfiyyətinin artırılmasına və vətəndaşlarınsağlamlığının qorunmasına yönəlib.

 

“Dostluq” xəstəxanası istifadəyə verildiyi vaxtdan ölkə əhalisi yüksək texnologiyalı tibbi xidmət növlərinə çıxış əldə edib.

 

Tibb mərkəzinin strukturuna təcili tibbi yardım xidməti, anesteziya şöbəsi, terapevtik şöbə, qastroenterologiya şöbəsi, ümumi cərrahiyyə, pulmonologiya, ürək-damar cərrahiyyəsi, kardiologiya, həmçinin poliklinika və radiologiya şöbəsi daxildir.

 

Xəstəxana əhaliyə tibbi xidmət göstərməklə yanaşı, elmi fəaliyyətlə də məşğul olur.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.