Amerika yəhudilərinin əksəriyyəti Kamala Harrisi dəstəkləyir

Amerika Demokratik Yəhudi Şurasının keçirdiyi sorğuya əsasən, Amerika yəhudilərinin böyük əksəriyyəti vitse-prezident Kamala Harrisə səs vermək niyyətindədir. 

 

Senzor.az bildirir ki, bu barədə İsrailin 7-ci kanalı məlumat yayıb.

 

Məlumata görə, Şura Demokratlar Partiyası adından işləyir və onun açıqladığı sorğu göstərir ki, yəhudi seçicilərin 87 faizi Prezident Co Bayden administrasiyasının Qəzza zolağında atəşkəs əldə etmək və girovların azad edilməsi səylərini dəstəkləyir.

 

Sorğuda Amerika yəhudilərinin 68 faizi Kəmalə Harrisi, 25 faizi isə Trampı dəstəkləyəcəklərini bildirib.

 

Sorğunun nəticələrinə görə, oktyabrın 7-dən sonra antisemitizmin artmasına baxmayaraq, amerikalı yəhudilərin səsvermə faizində ciddi dəyişiklik baş verməyib. Bundan əlavə, Demokrat Partiyasının mövqelərinin güclənməsi müşahidə olunur.

 

Kanal 7 qeyd edir ki, 1960-cı illərin ortalarından etibarən Amerika yəhudilərinin əksəriyyəti demokrat namizədi dəstəkləyib. 2020-ci ildəki son seçkidə də onlar Baydenə 77, Trampa isə 21 faiz dəstək veriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.