Türkiyənin xarici işlər naziri Hakan Fidan müsəlman dünyasını həmrəyliyə çağırıb.
Senzor.az bildirir ki, bu barədə o, Qahirədə Ərəb Liqası Xarici İşlər Nazirləri Şurasının 162-ci toplantısında çıxışında deyib.
Nazir söyləyib ki, regional problemlərin öhdəsindən ancaq belə gəlmək mümkündür.
Onun sözlərinə görə, bəzi problemlərin səbəbi məhz müsəlman ölkələri arasındakı fikir ayrılığıdır.