Zurabişvili ikinci dəfə prezident olmaq istəyir

Gürcüstan Prezidenti Salome Zurabişvili ikinci dəfə prezidentliyə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb.

 

Senzor.az bildirir ki, bu barədə Fransanın “Le Figaro” qəzetinə müsahibəsində S.Zurabişvili özü deyib.

 

“Bu gün Gürcüstan çox ciddi çağırışlarla üz-üzədir. Lakin mən ölkəni bu çətinliklərdən azad etmək niyyətindəyəm. Daha doğrusu, Gürcüstanın Avropa yoluna qayıtması üçün ikinci müddətə namizədliyimi irəli sürməklə bərabər, üzərimə böyük məsuliyyət götürməyə də hazıram”, - deyə o bildirib.

 

Xatırladaq ki, 72 yaşlı S.Zurabişvili 2018-ci ilin dekabrından Gürcüstan Prezidentidir. Onun səlahiyyətləri cari ilin payızında başa çatır. Ölkədə parlament seçkiləri isə oktyabrın 26-da baş tutacaq.

 

Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, gələcək prezident sözügedən seçkilərdən sonra deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.