Demokratlar Partiyasından namizəd olan vitse-prezident Kamala Harris ən yaxşı seçim olduğunu sübut etdi.
Bunu ABŞ Prezidenti Co Bayden X sosial şəbəkə hesabında yazıb.
“Bu axşam Amerika üç il yarımdır ki, birlikdə işləməkdən qürur duyduğum bir lider gördü. Vitse-prezident Harris sübut etdi ki, o, ölkəmizi irəliyə aparmaq üçün ən yaxşı seçimdir”, - Bayden bildirib.
Qeyd edək ki, ABC telekanalında Kamala Harrislə ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında seçki debatı baş tutub.