Türkiyə XİN: ABŞ ilə Cənubi Kipr arasındakı yol xəritəsini qınayırıq

ABŞ və Cənubi Kipr arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə yol xəritəsinin imzalanmasını qınayırıq. Məsələ ilə bağlı Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda səslənən fikirləri bölüşür və KKTC səlahiyyətlilərinin irəli sürdüyü haqlı reaksiyanı tam dəstəkləyirik.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında yer alıb.

 

Bəyanatda qeyd edilib ki, ABŞ hakimiyyətinin Kipr türk tərəfinin təhlükəsizliyinə qarşı atdığı bu addımlar, o cümlədən ötən ilin iyununda Cənubi Kipr ilə strateji dialoq elanı ABŞ-ın bu adaya qarşı neytral münasibətinə xələl gətirir və Kipr məsələsinin ədalətli, daimi və davamlı həllini çətinləşdirir. Bu kontekstdə, regional sabitliyə zərər verə biləcək siyasətlərin nəzərdən keçirilməli olduğunu düşünürük.

 

“Ana Vətən və qarant dövlət olan Türkiyə bütün şəraitdə Kipr türklərinin təhlükəsizliyinin və rifahının təminatına davam edəcək”, - deyə Türkiyə XİN bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.