Almanların üçdə ikisi Olaf Şoltsun yenidən kansler olmasını istəmir
SORĞU

Almaniya vətəndaşlarının üçdə ikisi 2025-ci ildə keçiriləcək parlament seçkilərində Sosial Demokrat Partiyasının (SDP) Olaf Şoltsu yenidən kansler postuna namizəd irəli sürməsinə qarşıdır.

 

Bu barədə məlumat “YouGov” sosioloji tədqiqat institutunun “Süddeutsche Zeitung” qəzetinin sifarişi ilə keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

 

Bildirilir ki, respondentlərin 68 faizi Olaf Şoltsun hökumət başçısı postuna namizədliyinin əleyhinədir. Almanların yalnız 20 faizi onun yenidən bu posta seçilmək üçün namizədliyini irəli sürməli olduğunu düşünür.

 

Eyni zamanda məlum olub ki, hətta 2021-ci ildə SDP-yə səs verən seçicilərin də bir çoxu Olaf Şoltsun namizədliyini dəstəkləmir. Belə ki, onların 60 faizi Şoltsun namizədliyinin əleyhinə, 31 faizi isə lehinə fikir bildirib.

 

Sentyabrın 6-dan 10-dək keçirilən sorğuda 2126 nəfər iştirak edib.

 

Qeyd edək ki, Bundestaqa seçkilər 2025-ci il sentyabrın 28-də keçiriləcək. Seçkilərin nəticələrinə əsasən yeni hökumət formalaşacaq və yeni kansler seçiləcək. Olaf Şolts SDP-dən kansler postuna yenidən namizəd olmaq arzusunu dəfələrlə dilə gətirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.