Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Rayan Rout Ukraynada səfərdə olub.
Senzor.az bildirir ki, bu barədə CNN xəbər yayıb.
Jurnalistlərin fikrincə, CNN-in geolokasiya etdiyi video və fotoşəkillərə görə, Raut Ukraynaya 2022-ci ildə səfər edib. Elə həmin il o, onlarla postunda Ukraynaya dəstəyini ifadə edərək, döyüşdə ölməyə hazır olduğunu bildirib və “Kremili yandırıb-yaxmaq lazımdır” deyib.
2023-cü ildə o, özünü Ukrayna hökuməti üçün qeyri-rəsmi vasitəçi kimi təqdim edərək, Əfqanıstandakı müharibənin amerikalı veteranlarını Ukraynadakı müharibəyə cəlb etməyə çalışıb.
Donald Trampa qarşı sui-qəsd cəhdini araşdıran federal agentlər Cənubi Florida ştatındakı federal məhkəmədən hər hansı cinayət təqibindən əvvəl Ryan Wesley Routh-un "ruhi sağlamlığının qiymətləndirilməsini" tələb etməsini gözləyirlər, - deyə CNN qeyd edib.
Senzor.az