ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq etdi

ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

 

Senzor.az bildirir ki, ABŞ Dövlət Departamenti mətbuat xidmətinin yaydığı bəyanatda belə deyilir.

 

Sənədə əsasən, sanksiya siyahısına Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin rəhbəri Zviad Xarazişvili, onun müavinlərindən biri, habelə insan hüquqlarının ciddi şəkildə pozulmasında iştirakı iddia edilən iki “ekstremist qruplaşma lideri” salınıb.

 

Bəyanatda deyilir ki, ABŞ həmçinin yüksək rütbəli dövlət məmurları, iş adamları, hüquq-mühafizə orqanlarının əməkdaşları və qanunvericilər və onların ailə üzvləri də daxil olmaqla 60-dan çox Gürcüstan vətəndaşına demokratiyaya xələl gətirdiyi iddiası ilə viza məhdudiyyətləri tətbiq edir.

 

Qeyd olunur ki, məhdudlaşdırıcı tədbirlər habelə Yunanıstan, BƏƏ və Kiprdə yerləşən 5 şəxsə və Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş, Amerika vətəndaşlarına qarşı istifadə edilən casus texnologiyalarının hazırlanması, istismarı və yayılması ilə məşğul olduğu iddia olunan bir şirkətə şamil edilib.

 

Qeyd edək ki, sanksiya siyahısına daxil edilmə həmin şəxsin ABŞ-dakı  aktivlərinin dondurulması və ABŞ vətəndaşlarına və şirkətlərinə onlarla biznes aparılmasının qadağan edilməsi deməkdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.