Avropa Komissiyasının yeni vitse-prezidentlərinin dördü qadın olacaq

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyeyenin Komissiyanın yeni tərkibi üçün Avropa Parlamentinə təqdim etdiyi namizədlərdən 11-i qadındır.

 

AK prezidenti mətbuat konfransında namizədlərin 40 faizini qadınların təşkil etməsinin balanslaşdırma siyasətinin göstəricisi olduğunu vurğulayıb.

 

Lyayen vitse-prezidentlərdən dördünün qadın olduğunu da diqqətə çatdırıb: "İlk namizəd siyahısının təxminən 22 faizini qadın, 78 faizini isə kişilər təşkil edirdi. Bu, qəbuledilməzdir. Ona görə də üzv dövlətlərlə işlədik və balansı 40% qadın və 60% kişi səviyyəsinə qədər yaxşılaşdırmağa nail olduq. Bu, göstərir ki, nə qədər irəliləsək də, hələ görüləsi çox iş var. Bunu nəzərə alaraq, altı vitse-prezident təyin etdim. Həmin vitse-prezidentlərdən dördü qadın, ikisi isə kişidir".

 

AK prezidenti vitse-prezidentlərin kimliklərini də açıqlayıb və qeyd edib ki, Estoniyanın keçmiş Baş naziri Kaya Kallas vitse-prezident olmaqla yanaşı, həm də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək: "İspaniyanın Ekoloji Keçid və Demoqrafik Problemlər naziri Teresa Ribera Təmiz, Ədalətli və Rəqabətli Keçid üzrə vitse-prezident olacaq. Henna Virkkunen isə Texnoloji Suverenlik, Təhlükəsizlik və Demokratiya üzrə bu posta yiyələnəcək., Fransanın xarici işlər naziri Stefan Sejurne Rifah və Sənaye Strategiyası üzrə vitse-prezident olacaq, Roksana Minzatunun İnsanlar, Bacarıqlar və Hazırlıq üzrə vitse-prezident pozisiyasını tutması planlaşdırılıb. Raffaele Fitto isə Birlik və İslahatlar üzrə vitse-prezident olacaq".("Report")






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.