"Bayden Ağ Evdən getməyincə Qəzzada atəşkəs müşküldür"
"THE WALL STREET JOURNAL"

"Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi üzrə razılaşma Prezident Co Baydenin səlahiyyət müddəti ərzində mümkün görünmür".

 

Bu ifadələri "The Wall Street Journal" qəzetinə açıqlamada ABŞ hökumətinin: Ağ Ev, Dövlət Departamenti və Pentaqonun adları açıqlanmayan rəsmi nümayəndələri bildiriblər.

 
 "Yaxın gələcəkdə razılaşma, çətin ki, alınsın. Doğrusu, ümumiyyətlə, baş tutacağından əmin deyiləm", - nümayəndələrdən biri söyləyib.



 Ağ Evin milli təhlükəsizlik müşaviri Con Kirbi də çərşənbə günü açıqlamasında oxşar fikirləri səsləndirərək, əsir mübadiləsi üzrə danışıqlarda son həftə ərzində irəliləyiş baş vermədiyini diqqətə çatdırıb. Hər halda, hökumət nümayəndələri bu sahədə işlərin səylə aparıldığını vurğulayırlar. Onların sözlərinə görə, əsir mübadiləsinə əngəl törədən başlıca maneə HƏMAS-ın "hər bir israilli əsir müqabilində daha çox qruplaşma üzvünün həbsdən buraxılmasını" istəməsidir. 

"Üstəlik, İsrail belə bir tələblə razılaşsa da, HƏMAS terrorçuları yenidən fikirlərini dəyişirlər", - "The Wall Street Journal" yazır.

 

Razılaşma qarşısında ikinci maneə kimi isə İsrail-"Hizbullah" münaqişəsi göstərilir. Cari həftədə minlərlə terrorçunun xəsarət alması ilə nəticələnən peycer partlayışları bu münaqişəni daha da qızışdırıb. Belə bir şəraitdə həm "Hizbullah"ı, həm də HƏMAS-ı himayəsində saxlayan İranın məsələyə bu və ya digər şəkildə müdaxiləsi ümumi gərginliyi artıraraq, terrorçuları "silahı yerə qoymaq" fikrindən daşındırır.



"İsrail və "Hizbullah" arasında genişmiqyaslı müharibə ehtimalı HƏMAS-la diplomatik həlli çətinləşdirir", - ABŞ hökumət rəsmiləri bildiriblər.



 Hərçənd məsələ burasındadır ki, "Hizbullah" da İsrailə qarşı hücumları yalnız Qəzzada müharibə dayanacağı təqdirdə dayandıracağını söyləyir.

 

Digər tərəfdən, ABŞ-ın sabiq lideri Donald Trampın ötən gün İsrail-Amerika Şurasının Vaşinqtonda baş tutan tədbirində dediyi sözlər hökumət nümayəndələrinin qənaəti ilə uzlaşır. Keçmiş rəqibi Co Baydeni "Yaxın Şərqdəki münaqişənin həllində səriştəsizliyə" görə mütəmadi tənqid atəşinə tutmuş Tramp öz çıxışında Kamala Harrisin də prezident seçiləcəyi təqdirdə "öz sələfinin yolunu gedəcəyini" vurğulayıb.

"Kamala Harris qələbə qazanarsa, İran İsraili cəmi 2 ilə dağıdacaq. Tel-Əviv və Qüds həyati əlamət qalmayan müharibə zonasına çevriləcək", - deyən Tramp Yaxın Şərqə Co Bayden dövründə "gələ bilməyən sülhün" Kamala Harrisin hakimiyyətində "ümumiyyətlə gəlməcəyinə" eyham vurur.(Azvision.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.