Milli Məclisin sədr müavini postuna onlar gətirildi...
YENİLƏNİB


Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini və müavinləri seçilib.

 

Senzor.az bildirir ki, bu məsələ yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının gündəliyinə daxil edilib.

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Əli Əhmədov Milli Məclis sədrinin I müavini seçilib.

 

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) deputatı Rafael Hüseynov, YAP-ın üzvü Ziyafət Əsgərov, bitərəf Musa Qasımlı isə Milli Məclisin sədr müavinləri olublar.

 

Qeyd edək ki, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

 

**09:58


Xəbər verdiyimiz kimi, bu gün VII Çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

 

Senzor.az bildirir ki, iclasda parlamentin sədri və onun müavinləri seçiləcək.

 

Məlumata görə, Yeni Azərbaycan Partiyası sədr müavini postuna Əli Əhmədovun namizədliyini irəli sürüb.

 

Parlamentdəki azlıq Rafael Huseynovun namizədliyini dəstəkləyib. O, parlamentdə Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edir.

 

Parlamentdəki bitərəflərin spiker müavini postuna namizədi isə Musa Qasımlı olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.