RER-B qatarlarının sürücüləri sentyabrın 24-də bütün gün davam edən tətil bildirişi veriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, həmkarlar ittifaqı təhlükəsizlik qruplarının kabinələrdə olan sürücülərə qarşı həyata keçirdiyi “uyğun olmayan nəzarət və müdaxilə prosedurlarına” etiraz niyyətini bildirib.
Beləliklə, sürücülərə qarşı qeyri-adekvat davranışa görə RER-B qatarlarının sürücüləri etirazlarını tətillə ifadə etdirmək qərarına gəliblər. Tətil bildirişi dörd həmkarlar ittifaqı - “La baza”, CGT, FO və “Unsa” tərəfindən təqdim edilib.
Dəmir Yolları Milli Şirkəti (SNCF) təhlükəsizlik agentləri tərəfindən iş növbəsi bitmiş RER-B sürücüsü üzərində çox ciddi yoxlamanı aparması həmkarlar ittifaqları və sürücülərin narazılığına səbəb olub.
Qeyd edək ki, RER-B Paris metropoliteninin Şimal-Şərq və Cənub-Qərb oxu boyunca bir neçə istiqamətdə marşrutu olan dəmir yolu xəttidir.