Netanyahu Nyu-Yorka səfər planında dəyişiklik etdi

Livanda hərbi əməliyyatların başlamasına baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər planını qüvvədə saxlayıb. Lakin o, Nyu-Yorka bu gün deyil, sentyabrın 26-da gedəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

 

Bildirilir ki, Baş nazir Nyu-Yorka gedişini bir gün təxirə salıb. O, BMT-də çıxış etməyə bu gün axşam deyil, sabah gedəcək və şənbə günü qayıdacaq. Gün ərzində isə güc strukturlarının nümayəndələri ilə Livana hücumlarla bağlı məsləhətləşmələr aparacaq.

 

Xatırladaq ki, sentyabrın 23-də İsrail Livanda “Şimalın oxları” adlanan “qabaqlayıcı hücum əməliyyatına” başladığını elan edib. Əməliyyat çərçivəsində “Hizbullah”ın hərbi infrastrukturuna zərbələr endirilir. Bəyan edilən məqsəd İsrailin şimal sərhəd bölgələrinin 2023-cü il oktyabrın 8-dən “Hizbullah” tərəfindən davamlı atəşə tutulması nəticəsində təxliyə edilən on minlərlə yerli sakinin geri qayıtması üçün təhlükəsiz şərait yaratmaqdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.