Bayden İsrailə haqq qazandırdı: “HİZBULLAH” LİDERİNİN ÖLDÜRÜLMƏSİ ƏDALƏTLİDİR

ABŞ Prezidenti Co Bayden "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın İsrailin zərbəsi nəticəsində öldürülməsini ədalətli hesab etdiyini bildirib.

 

Bu barədə TASS məlumat yayıb

 

"Həsən Nəsrullah və onun rəhbərlik etdiyi "Hizbullah" terror qruplaşması 40 illik "fəaliyyətində" yüzlərlə amerikalının qətlinə görə məsuliyyət daşıyır. Onun İsrailin hava hücumu ilə ölümü minlərlə amerikalı, israilli və minlərlə insan da daxil olmaqla çoxsaylı qurbanlar üçün ədalət ölçüsüdür", - deyə məlumatda Baydendən sitat gətirilib.

 

Bayden bəyan edib ki, Birləşmiş Ştatlar İsrailin "Hizbullah", HƏMAS, Husilər və İranın dəstəyi ilə fəaliyyət göstərən hər hansı digər terror qruplarına qarşı özünümüdafiə hüququnu tam dəstəkləyir.

 

Eyni zamanda Bayden əlavə edib ki, Birləşmiş Ştatlar “Qəzza və Livandakı münaqişələrin gərginliyini diplomatik vasitələrlə azaltmağa” sadiqdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.