“Türk Hava Yolları” aviaşirkəti (THY) 30 sentyabr - 1 oktyabr tarixlərinə Brüsselə nəzərdə tutulan bəzi reyslərini qarşılıqlı olaraq təxirə salıb.
Senzor.az bildirir ki, THY-dən verilən məlumatda belə deyilir.
Qeyd edilib ki, səfərlər Brüssel Hava Limanında işləyən təhlükəsizlik və bəzi texniki bölmə işçilərinin oktyabrın 1-ə planlaşdırdıqları etiraz aksiyası ilə bağlı həyata keçirilməyəcək.
Bu səbəbdən aviaşirkət tərəfindən sentyabrın 30-na nəzərdə tutulan bir, oktyabrın 1-də isə yeddi İstanbul-Brüssel-İstanbul səfəri ləğv edilib.