Bakıda mənzillər kəskin bahalaşıb

Bu ilin avqust ayında Bakıda mənzillərin orta qiyməti iyul ayı ilə müqayisədə 2 % artıb.

 

Bunu “Report”a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.

 

Onun sözlərinə görə, ötən ilin eyni dövrünə nisbətən paytaxtda mənzillər 14 % bahalaşıb.

 

"Bakının təkrar mənzil bazarında yeni tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti ay ərzində 2,3 %, il ərzində 14,9 %, köhnə tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti isə ay ərzində 1,7 %, il ərzində 11,3 % artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1 %, il ərzində isə 18,4 % artıb.

 

Ötən ay ilkin mənzil bazarında isə mənzillərin 1 kvadrat metrinin qiymətində əvvəlki ayla müqayisədə 1,9 %, ötən ilin eyni dövrünə nisbətən isə 15,7 % artım olub. Bazarda təklif ay ərzində 1,3 %, il ərzində isə 17,5 % artıb", - deyə ekspert qeyd edib.

 

Bundan başqa, V.Oruc deyib ki, avqustda kirayəyə verilən mənzillərin 1 kvadrat metrinin qiyməti iyulla müqayisədə 4 %, ötən ilin eyni dövrünə nisbətən isə 11,5 % artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1 %, il ərzində isə 14,6 % artıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.