Sistemin ümumi siyasətləri, müharibə və sülh məsələləri barədə qərar vermək Xameneinin səlahiyyətindədir, Pezeşkian isə ona tabedir və heç vaxt onun əmrlərinə qarşı çıxmaz.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian özünün “X” hesabında yazıb.
O, Prezidentin Ali Rəhbərin qisas və müharibə göstərişlərinə qarşı çıxması barədə təbliğatın İsraildən qaynaqlandığını iddia edib.
Xatırladaq ki, Tehranın İran parlamentindəki nümayəndəsi Əmir Hüseyn Sabiti Məsud Pezeşkianın Əli Xameneinin göstərişlərinə əməl etmədiyi barədə bəyanat səsləndirib.