ABŞ-da prezidentliyə namizəd Kamala Harrisin əri Duqlas Emhoff dünyanın ən nüfuzlu yəhudiləri siyahısına başçılıq edir.
Məlumatı “Yerusalim Post” nəşri yazıb.
Bildirilib ki, D.Emhoff dünyanın ən nüfuzlu 50 yəhudisinin reytinqində liderdir: “O, noyabrın 4-də keçiriləcək prezident seçkilərində Harrisin qalib gələcəyi təqdirdə ABŞ-ın ilk centlmeni olmaq imkanına görə siyahıda birinci yerdədir”, - nəşr yazıb.