ABŞ-ın keçmiş prezidenti Barak Obama oktyabrın 10-da prezidentliyə namizəd Kamala Harrisin seçki kampaniyasına qoşulacaq.
Bu barədə ABC News öz mənbələrinə istinadən məlumat yayıb.
“Obama gələn cümə axşamından başlayaraq vitse-prezident Kamala Harris və Minnesota qubernatoru Tim Valzın seçki kampaniyasında iştirak edəcək”, - deyə məlumatda vurğulanıb.
Məlumatda o da bildirilib ki, Barak Obamanın mühüm ştatlarda çıxışları planlaşdırılır.