AYNA-dan Ədalət Şükürova cavab: ƏMƏKDAR ARTİST QURUMA DƏVƏT OLUNUR
YENİLƏNİB, VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Ədalət Şükürov paytaxt yollarından və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazı olduğunu bildirib.

 

Senzor.az-ın məlumatına görə, AYNA-dan BAKU.WS-ə bildirilib ki, qurum Ədalət Şükürovun fikirlərini dinləməyə hazırdır.

 

“Necə ki, bu gün AYNA tərəfindən Akademik Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı keçirilən ictimai dinləmədə müxtəlif təklif və rəyləri dinlədik.

 

Görüşdə 20-dən çox nəqliyyat ekspertinin, ictimai fəalın, Sosial Tədqiqatlar Mərkəzinin və media nümayəndəsinin maraqlı fikirləri səsləndirildi və nəzərə alındı.

 

Belə bir konteksdə dəyərli sənətkarımızla da görüşüb məmnuniyyətlə fikirlərini dinləyə bilərik”, - deyə, qurumdan bildirilib.


**16:50


Əməkdar artist Ədalət Şükürov paytaxt yollarından və tıxaclardan narazılığını dilə gətirib.

 

Sənətçi bu barədə APA TV-yə müsahibəsində danışıb.

 

Ə.Şükürov qeyd edib ki, tıxacların əsas səbəbi kiçik yollarda zolaqların çox olmasıdır: “Ola bilsin ki, o da lazımdır. Amma bunu böyük yolda etmək olardı. Tıxacların məhz 70-80%-i o zolaqlara görədir. Mən AYNA-nın idarəetməsindən çox narazıyam. Orada professionallar işləməlidir. Yolda maşınları çəkib cərimələmək nə dərəcədə doğrudur? Deyəsən, yaxşı qazanc yeri tapıblar. Əgər onlar bu işi bacarmırlarsa, xarici şirkətlərə müraciət etsinlər. Onlar gəlirlər, burda bir il yaşayıb baxırlar və yolların səmtini dəyişirlər. Bizdə bunu etmək lazımdır, bacarmırlarsa, çağırsınlar məni, başa salım”.

 

Ətraflı videoda:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.