Xaricdən dəstəklənən kollektiv “Milli Hərəkat” hələ də iğtişaşlar yolu ilə hakimiyyətə gəlməyə və daha sonra ölkəni müharibə və xaosa sürükləməyə çalışır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili deyib.
O bildirib ki, “Milli Hərəkat” ikinci cəbhə açılması bahasına hakimiyyətə qayıtmağa çalışır: “Əvvəldən və hətta indi də onun fəaliyyətinin əsas xüsusiyyəti cəmiyyətin parçalanması və qarşıdurmaların alovlandırılması olub. Xarici tərəfdaşlarının köməyi ilə 2008-ci ilin xəyanəti kimi, ölkəni müharibəyə sürükləməyə və bir daha bizə canlar və əlavə itirilmiş ərazilərə başa gələn faciəni gətirməyə hazırdırlar”.