Qərb ölkələri Rusiya ilə əməkdaşlıqdan söhbət gedəndə Moskvanın tərəfdaşlarına heç bir göstəriş verməməlidir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
“Bu, əlbəttə ki, yanlışdır. Niyə? NATO və ya Avropa Birliyinin üzvü olan Avropa ölkələri var ki, onlar da Rusiya ilə əməkdaşlıq edirlər. Amma bunu bizə deməməli, Rusiya və ya MDB ilə əməkdaşlıq etməməyimizi istəməməlidirlər. MDB ölkələri keçmiş SSRİ üzvləridir və biz, əksinə, hamı ilə əməkdaşlıq etməliyik”, - Japarov bildirib.