Gürcüstanda MSK əməkdaşları təhdid olunurlar - DİN ADINDAN İSƏ VƏTƏNDAŞLARA SAXTA BİLDİRİŞLƏR GÖNDƏRİLİR

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) əməkdaşlarının telefonlarına təhdid mesajları gəlməyə başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə MSK sədri Giorgi Kalandarişvili məlumat verib.

 

Onun sözlərinə görə, MSK əməkdaşlarına gələn bütün mesajlarda ünvan sahibinin adı var ki, bu da mesajın müəllifinin həmkarlarımızın şəxsi məlumatlarını bildiyini təsdiqləyir.

 

Kalandarişvili vurğulayıb ki, oxşar hallar əvvəllər də baş verib. MSK əməkdaşlarına rüşvət vermək, qorxutmaq və ya başqa tədbirlər görmək istəyiblər.

 

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) adından da vətəndaşlara saxta bildirişlər göndərilir.

 

DİN-in rəsmi səhifəsində deyilir ki, vətəndaşları məlumatlandırmaq üçün nazirlik tərəfindən heç bir mesaj göndərilməyib. DİN vətəndaşları yanılmamağa çağırıb və faktın araşdırılacağını bəyan edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.