2024-cü il İqtisadiyyat üzrə Nobel mükafatı Daron Acemoğlu, Simon Conson və Ceyms A. Robinsona verilib.
Senzor.az bildirir ki, bu barədə Nobel Komitəsindən məlumat verilib.
Məlumata görə, alimlər bu mükafata milli rifahla bağlı araşdırmalarına görə layiq görülüblər.
Qeyd edək ki, Daron Əcəmoğlu erməni əsilli ABŞ iqtisadçısıdır. 1967-ci ildə İstanbulda anadan olub. O, 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb. O vaxtdan universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir.
Saymon Conson 1963-cü ildə Şeffild şəhərində anandan olub, Britaniya-Amerika iqtisadçısı, Massaçusets Texnologiya İnstitutunun professorudur.
Ceyms A. Robinson isə 1960-cı ildə anandan olub. O, iqtisadçı və siyasət tədqiqatçısıdır. 2015-ci ildən Harris İctimai Siyasət Məktəbində (Çikaqo Universiteti) professordur, əvvəllər Harvard Universitetində dərs deyib.