“Lufthansa” yəhudi sərnişinlərə qarşı ayrı-seçkiliyə görə 4 milyon dollar cərimələndi

ABŞ Nəqliyyat Nazirliyi “Lufthansa” şirkətini yəhudi əsilli sərnişinləri təyyarəyə mindirmədiyinə görə 4 milyon dollar cərimələyib.

 

Bu barədə qurumun bəyanatında deyilir.

 

Qeyd edilib ki, 2022-ci ilin may ayında Frankfurt-Maynda eniş etməklə Nyu Yorkdan Budapeştə olan uçuşla bağlı 40-dan çox şikayət olub. Araşdırma zamanı müəyyən edilib ki, ekipajın tələblərini yerinə yetirməyən bir neçə nəfərin özünü lazımi qaydada aparmaması ucbatından Almaniya hava limanında 128 sərnişinin reysə minməsinə icazə verilməyib.

 

Nazirliyin bəyanatında yazılanlara görə, quruma şikayət edənlər “Lufthansa”nın ənənəvi ortodoksal yəhudi paltarı geyinmiş bütün səyahətçiləri eyni qrup hesab etdiyini, əslində isə onların əksəriyyətinin bir-birini tanımadığını bildiriblər. Yekunda aviaşirkət onların heç birinə Budapeştə uçan təyyarəyə minmək icazəsi verməyib.

 

"Report"un məlumatına görə, Nazirlikdən qeyd olunub ki, bu, qurumun indiyədək ayrı-seçkiliyə görə tətbiq etdiyi ən böyük cərimədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.