Tokayev BRİKS-dən imtina etdi

Qazaxıstan hələ BRİKS-ə üzv olmağı planlaşdırmır, baxmayaraq ki, ölkə Prezidenti Qasım-Jomart Tokayev belə təkliflər alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali məlumat verib.

 

“Hazırda və çox güman ki, yaxın gələcəkdə Qazaxıstan BRİKS-ə ərizə verməkdən, o cümlədən üzvlük məsələsinə baxılmasının çoxmərhələli prosesini nəzərə almaqdan çəkinəcək”, - Uali bildirib.

 

Onun sözlərinə görə, BRİKS-ə qoşulmaq təklifləri dövlət başçısı tərəfindən Qazaxıstanın milli maraqları baxımından nəzərdən keçirilib: “Bununla belə, hələlik Tokayev BMT-yə bütün aktual beynəlxalq problemlərin müzakirə oluna biləcəyi və müzakirə edilməli olduğu universal və qeyri-alternativ təşkilat kimi baxır. Eyni zamanda, Qazaxıstan prezidenti BMT Təhlükəsizlik Şurasının BMT-yə üzv dövlətlərin geniş məsləhətləşmələri əsasında və orta güclərin maraqlarını nəzərə almaqla islahatının tərəfdarıdır, çünki onun fikrincə, bu qurum vacib və taleyüklü qərarlar qəbul etməklə bağlı öz səlahiyyətlərini itirib. BRİKS-ə gəlincə, Tokayev bu assosiasiyanın təkamülünü maraqla izləyir və blokun Rusiyada keçiriləcək sammitində iştirak etmək niyyətindədir”.

 

Qeyd edək ki, bundan öncə Tokayevin Kazanda keçirilən sammitdə çıxış edəcəyi bildirilmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.