Gürcüstan XİN "3+3" platformasının İstanbul iclası ilə bağlı açıqlama yaydı

Gürcüstan oktyabrın 18-də İstanbulda Cənubi Qafqaz üzrə "3+3" platforması çərçivəsində keçiriləcək danışıqlarda təmsil olunmayacaq.

 

Senzor.az bildirir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

"Xeyr, biz İstanbulda keçiriləcək "3+3" platformasının iclasına qatılmayacağıq. Gürcüstan çoxdan bəyan edib ki, göstərilən formatda fəaliyyət qurmur", - deyə Gürcüstan XİN-in bəyanatında qeyd olunub.

 

Qeyd edək ki, "3+3" platforması Cənubi Qafqaz regionunun altı ölkəsi (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) arasında geniş əməkdaşlığı nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunsa da, hələ də onun işinə qoşulmayıb. 

 

Platformanın ilk iclası 2021-ci ilin dekabrında Moskvada keçirilib. İclasa Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri qatılıb. 

 

"3+3" formatı çərçivəsində xarici işlər nazirlərinin ikinci iclası isə 23 oktyabr 2023-cü ildə Tehranda keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.