Zaxarova: Xankəndi Azərbaycanın ərazisidir və orada bu ölkənin qanunları işləyir

Xankəndi Azərbaycan ərazisidir və orada bu ölkənin qanunları işləyir.

 

Senzor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə erməni jurnalistin sualını cavablandırarkən deyib.

 

“Başa düşdüyüm qədər, söhbət Azərbaycan ərazisindən gedir. Orada bu ölkənin qanunları işləyir”, - o deyib.

 

M.Zaxarova erməni jurnalistin Azərbaycanın Qarabağ bölgəsini könüllü olaraq tərk etmiş ermənilərin geri qayıtması ilə bağlı sualını cavablandırarkən isə bildirib ki, Bakı Qarabağ ermənilərinin reinteqrasiyası üçün bütün imkanları yaradıb.

 

“Biz dəfələrlə Bakının əhalinin geri qayıtmasına yönəlmiş konstruktiv addımlarını vurğulamışıq. Qayıtmaq imkanı var idi və indi də var. Sadəcə bu fürsətdən istifadə etmək lazımdır... Bəs rəsmi İrəvan insanların geri qayıtması üçün nəsə edibmi?”, - deyə Rusiya XİN rəsmisi sual edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.