Zelenskinin “Qələbə planı”: QƏRB DƏSTƏKLƏMƏSƏ, NƏ BAŞ VERƏCƏK?
EKSPERT RƏYİ

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 16-da Ali Radada haqqında çoxdan bəds etdiyi “Qələbə planı”nı təqdim edib. 

 

Senzor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Facebook səhifəsində bununla bağlı fikirlərini bölüşüb.

 

Politoloq xatırladıb ki, Zelenskinin ölkə parlamentində açıqladığı “Qələbə Planı”nın birinci müddəası kimi Ukraynanın dərhal NATO üzvlüyünə dəvət edilməsi göstərilib. İkinci bənddə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib. Növbəti müddəada isə Ukraynanın ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub. Planın 4-cü bəndi neftin qiyməti və Rusiya neftinin idxalının məhdudlaşdırılması ilə bağlıdır: “Volodimir Zelenski bildirib ki, onun planı dəstəklənsə, Ukrayna gələn ildən gec olmayaraq müharibəni bitirə bilər. Bəs dəstəklənməsə, necə olacaq? Bu sualın cavabı yoxdur. ...Müharibənin davam etdiyi şəraitdə Ukraynanın NATO üzvlüyünə qəbul ediləcəyi ehtimalı azdır. Bu isə Zelenskinin “Qələbə Planı”nın əsas bəndidir”. 

 

E.Şahinoğlunun fikrincə, Qərbin planın o biri bəndlərini yerinə yetirəcəyi də sual altındadır. Maraqlıdır, belə olan halda görəsən, Zelenski “Qələbə Planı”nın reallaşmasını necə təsəvvür edir? 

 

“Ukrayna və onun Prezidenti mürəkkəb vəziyyətdədir, müharibəni davam etdirmək üçün əlavə resurslara ehtiyac var. Zelenskinin “Qələbə Planı” Ukraynadan çox Qərbin üzərinə məsuliyyət qoyur. Bu bir növ o deməkdir ki, Qərb bu planı dəstəkləməsə, Ukraynanın üzləşə biləcəyi ağır duruma görə məsuliyyət daşıyacaq. Zelenskinin “Qələbə Planı”nı bu şəkildə hazırlamasının əsas məqsədi elə budur”, - deyə politoloq vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.