Xəbər verdiyimiz kimi, bu gün baş nazir Nikol Paşinyanın rəhbərliyilə Ermənistan hökumətinin iclası keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclasda Ermənistan hökuməti sentyabrın 27-ni Qarabağ müharibəsində ölənlərin anım günü elan etmək istəməyib.
Qeyd edək ki, “Ermənistan Respublikasının bayramları və xatirə günləri haqqında” qanuna dəyişiklikləri müxalifətin “Hayastan” fraksiyasının deputatı Geqam Nazaryan təklif etmişdi.
2020-ci ilin 44 günlük müharibəsində oğlunu itirən deputat sentyabrın 27-nin anım günü elan edilməsini istəmişdi.
Amma hökumət hesab edib ki, yanvarın 28-i ölkədə Ordu Günü kimi qeyd olunur və həmin gün təkcə Ermənistan Silahlı Qüvvələrinin yaranmasının simvolu deyil, həm də ölkənin müdafiəsində əməyi olan bütün insanların xatirəsini özündə ehtiva edir.