Bayden HƏMAS liderinin öldürülməsi haqda: “BÜTÜN DÜNYA ÜÇÜN YAXŞI GÜNDÜR...”

ABŞ kəşfiyyatı HƏMAS lideri Yəhya Sinvarın izlənilməsində və yerinin müəyyənləşdirilməsində İsrailə kömək edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ Prezidenti Cozef Baydenin Ağ Evin saytında yayılan bəyanatında belə deyilir. 

 

Onun sözlərinə görə, HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə gerçəkləşdirdiyi hücumdan sonra o, xüsusi təyinatlılara və kəşfiyyat üzrə mütəxəssislərə Y.Sinvar və digər HƏMAS liderlərini tapmaq və izləmək üçün israilli həmkarları ilə birlikdə işləmək tapşırığını verib.

 

Baydenin sözlərinə görə, ABŞ HƏMAS liderinin fəaliyyətini Yaxın Şərqdə sülhün əldə olunması yolunda aşılmaz maneə kimi görürdü.

 

“Bu maneə artıq yoxdur. Lakin qarşıda görülməli hələ çox işlər var. DNT testi göstərir ki, Sinvar ölüb. Bu, İsrail, ABŞ və bütün dünya üçün yaxşı gündür”,- deyə Prezident əlavə edib.

 

ABŞ lideri Y.Sinvarın ölümünü 2011-ci ildə Usama ben Ladenin ölümü ilə müqayisə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.