Palata AMEA-da Ramiz Mehdiyevin dövründəki qanunsuzluqları aşkarladı
BAŞ PROKURORLUĞA MÜRACİƏT ETDİ

Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib.

 

Senzor.az bildirir ki, bu barədə Palatadan məlumat verilib.

 

Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda “Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı”, "Kosmik Agentlik tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsi və idarə edilməsinin hüquqi aktlara uyğunluğunun auditinin nəticələrinə dair Auditor hesabatı”, “Elm və Təhsil Nazirliyi və tabeliyində olan təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu üzrə ayrılan dövlət investisiyalarının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib. 

Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul edilib.

 

Daha sonra “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

 

Xatırladaq ki, həmin dövrdə (23 oktyabr 2019 – 14 fevral 2022) AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib.

 

İclasda həmçinin nəzarət tədbirlərinin başlanılması ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.