İstanbulda XİN rəhbərlərinin “3+3” formatında görüşündə Birgə Bəyanat qəbul edilib

“Oktyabrın 18-də İstanbulda Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi, Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərlərinin iştirakı ilə üçüncü toplantısı keçirilən Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının (3+3) başlıca məqsədi regional mülkiyyət anlayışı ilə Cənubi Qafqazda qarşılıqlı fayda prinsipi əsasında çoxtərəfli əməkdaşlığın inkişafıdır”.

 

Senzor.az bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyinin toplantı ilə bağlı yaydığı açıqlamada belə deyilir.

 

Qeyd edilib ki, görüşdə Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması, həmçinin regional inkişaf məsələləri müzakirə olunub, konkret layihələr vasitəsilə regional əməkdaşlığın dərinləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

 

Toplantının sonunda iştirakçı tərəflərin Birgə Bəyanatı qəbul edilib. Bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələrarası etimadın bərqərar olmasında və rifahın, sabitliyin artırılmasında oynadığı rol vurğulanıb. Nəqliyyat, kommunikasiya, ticarət, enerji, investisiya və inteqrasiya sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirmək barədə razılığa gəlinib.

 

Bəyanatda bölgədə sülhün və sabitliyin dialoq yolu ilə təmin edilməsinin əhəmiyyəti də vurğulanıb.

 

Türkiyə Cənubi Qafqazda daimi sülhün təmin edilməsi və əməkdaşlığın gücləndirilməsi məqsədilə region ölkələri ilə işləməyə davam edəcək.

 

XİN-in açıqlamasında bildirilib ki, toplantıdan sonra qonaq nazirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediliblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.