İran İsrailin Baş naziri Benyamin Netanyahunun iqamətgahına hücumda iştirakını inkar edir.
Senzor.az bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
“Sionist rejim yalan və faktların təhrifi əsasında formalaşıb və yalan yaymaq bu rejim və onun cinayətkar liderlərinin indiki və daimi praktiki işidir”, - deyə Bəqai bildirib.
Qeyd edək ki, Baş nazir Binyamin Netanyahunun iqamətgahı yaxınlığındakı binaya çırpılan PUA-nın Livan ərazisindən buraxılması ilə əlaqədar İsrail cavab tədbirləri görməyi planlaşdırır.
Məlumatı diplomatik mənbəyə istinadən "The Jerusalem Post" nəşri yayıb.
""Hizbullah" İranın nümayəndəsidir, ona görə də bu hadisəyə görə İran da məsuliyyət daşıyır", - deyə nəşr mənbənin dediklərindən sitat gətirib.
B.Netanyahu özü isə bildirib ki, “Məni və həyat yoldaşımı öldürməyə çalışan İran agentləri acı səhv ediblər”.