Oktyabrın 20-də səhər saatlarından Kazan hava limanı müvəqqəti olaraq bağlanıb.
Senzor.az bildirir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə edilib.
Rusiya teleqram kanalları yazırlar ki, pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi səbəbindən Kazan hava limanında məhdudiyyətlər səhər saat 6-dan qüvvədədir.
Aeroportun fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar artıq 20-yə yaxın reys təxirə salınıb.
Qeyd edək ki, 22-24 oktyabr tarixlərində Kazanda BRİKS-in sammiti keçiriləcək.