Moskvada miqrantlar üçün elektron vəsiqələr tətbiq olunacaq

2025-ci ildən Moskvada xarici vətəndaşlar haqqında bütün cari məlumatları yoxlamağın mümkün olacağı elektron vəsiqələr veriləcək.

 

Bu barədə TASS agentliyinin jurnalistləri ilə söhbətində Rusiya paytaxtının meri Sergey Sobyanin məlumat verib.

 

“Gələn ildən etibarən biz federal qanuna əsaslanan eksperiment çərçivəsində miqrantlar üçün elektron pasport təqdim edəcəyik. Bütün məlumatlar xarici vətəndaşın elektron şəxsiyyət vəsiqəsinə yüklənəcək: o, nə vaxt gəlib, hansı biometrik göstəriciləri var, harada işləyir, harada qeydiyyatdadır və sairə. Müvafiq olaraq, polis reydlər keçirərkən bu məlumatların yoxlanıla biləcəyi geniş məlumat bazasına sahib olur”, -deyə Sobyanin bildirib.

 

Mer əlavə edib ki, gələn ildən Moskva aviasiya qovşağında hətta Rusiya Federasiyasına giriş vizası tələb olunmayan əcnəbilər üçün də eksperiment çərçivəsində biometrik nəzarət tətbiq olunacaq. Sobyanin, həmçinin hesab edir ki, Rusiyaya gələn bütün ziyarətçilərin biometrik məlumat bazasının olması cinayətlərin açılmasının yeni səviyyəsinə çıxmağa imkan verəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.