Oktyabrın 26-da Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda aparılan genişmiqyaslı abadlıq işləri nəticəsində küçə və yol kənarlarında, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, şəhərin sanitar təmizlilik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib.
Senzor.az BŞİH-in mətbuat xidmətinə istinadən bildirir ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 496 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib, yaşıllıqlara qulluq göstərilib.
İməcilik paytaxtın bütün rayonlarını əhatə edib.
Görəsən, digər ölkələrin paytaxtlarında da yağışdan, leysandan əvvəl küçələri bu adla yuyurlar? Yoxsa onlar havanın necə olacağını əvvəlcədən nəzərə alır və belə absurd tədbirlərə əl atmırlar?
Senzor.az