Ərdoğan: BRICS ilə əlaqələrin inkişafı Türkiyənin maraqlarına cavab verir
VİDEO

BRICS ölkələri ilə əlaqələrin inkişafı bütün sahələrdə Türkiyənin maraqlarına cavab verir.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasından sonra keçirilən brifinqdə deyib.

 

BRICS-in Kazanda keçirilən XVI sammitində iştirakının nəticələrini şərh edən Türkiyə dövlətinin başçısı təşkilata üzv ölkələrin malik olduğu potensiala diqqət yönəldib.

 

“Planetin ərazisinin 30 faizi və dünya əhalisinin 45 faizi BRICS ölkələrinin payına düşür. Bu ölkələrdə dünya neftinin 40 faizi istehsal edilir. Dünya ticarətinin beşdə ikisini bu dövlətlər həyata keçirir. Əminəm ki, bundan sonra da iqtisadi artıma can atan Türkiyə üçün BRICS platforması böyük imkanlar açacaq”, - deyə Türkiyə lideri BRICS ölkələri ilə “əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu” qeyd edib.

 

Ərdoğan vurğulayıb ki, Türkiyə BRICS-i mövcud münasibətlərə alternativ kimi qəbul etmir.

 

“Ankaranın xarici siyasəti sırf Türkiyənin öz maraqlarına əsaslanır. Biz istəyirik ki, ölkəmiz dəyişən qlobal sistemdə öz layiqli yerini tutsun”, - deyə dövlət başçısı əmin edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.