Tbilisidə seçkilərlə bağlı ilk etiraz aksiyası keçirildi – PREZİDENT ZURABİŞVİLİ ÇIXIŞ ETDİ
VİDEO

Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin çağırışı ilə toplanan etirazçılar 26 oktyabr parlament seçkilərinin nəticələrinə etiraz ediblər.

 

Aksiya ilə əlaqədar Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, təcili yardım maşınları cəlb olunub.

 

Zurabişvili parlament binasının qarşısında keçirilən etiraz aksiyasına qoşulub. Tribunada çıxış edən Prezident Gürcüstan vətəndaşlarının Avropaya səs verdiyini deyib.

"Siz seçkidə uduzmadınız, onlar sizin səsinizi oğurlayaraq gələcəyinizi oğurlamağa çalışdılar, amma heç kimin buna haqqı yoxdur və siz heç kimə bunu etməyə imkan verməyəcəksiniz", - Zurabişvili etirazçılara müraciətlə deyib.

 

... Bir az əvvəl tiraz aksiyası başa çatıb.

 

Müxalifət tərəfdarları aksiyanın sonunda Avropa Birliyi və Gürcüstanın himnlərini oxuyub və dağılışmağa başlayıblar.

 

Müxalifət liderləri növbəti planları daha sonra açıqlayacaqlarını elan ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.