Ərdoğan Öcalanla bağlı Dövlət Bağçalının təklifindən danışdı və... ONA DƏSTƏK VERDİ
VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının çağırışlarını yüksək qiymətləndirib və təqdir edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Bağçalının millətçiliyi ən aydın şəkildə tərif etdiyini deyən Ərdoğan bu çağırışların tarixi fürsətlər təqdim etdiyini vurğulayıb.

 

Türkiyə Prezidenti millətin Türkiyəni terrordan təmizləmək üçün lazımi addımları dəstəklədiyini ifadə edib.

 

"Kandildəki terror baronlarına çağırış etmirik", - deyə Ərdoğan qeyd edib.

 

Xatırladaq ki, D.Bağçalı oktyabrın 22-si partiyasının qrup toplantısında PKK terror təşkilatının lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsini təklif edib.

 

Onun sözlərinə görə, bunun üçün Öcalana parlamentdə çıxış etməyə şərait yaradılmalıdır: “Terrorçuların liderinin təcridi aradan qaldırılarsa, qoy parlamentə gəlib, kürdyönümlü DEM fraksiyasının iclasında çıxış etsin, terrora son qoyulduğunu və PKK təşkilatının buraxıldığını elan etsin”. 

 

Siyasətçi, Öcalanın bu addımdan sonra qanunvericilikdəki “Umut hakkı” layihəsi qüvvəyə minərsə, bundan yararlana biləcəyini vurğulayıb...

 

Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə də təşəkkürünü bildirib və dövlətin hər kəsin dövləti olması lazımlığını vurğulayıb...

 



 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.