ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris və keçmiş prezident Donald Trampın (Respublikaçı namizəd-red.) seçki kampaniyası zamanı təxminən 14,7 milyard dollar xərclənib.
Bu barədə “Bloomberg” agentliyi ABŞ Federal Seçki Komissiyasına istinadən məlumat yayıb.
Məlumata görə, 2024-cü il seçki tsiklində bu cür vəsaitlər namizədlər, partiyalar və müxtəlif siyasi fəaliyyət komitələri tərəfindən, prosesdə maraqlı olan təşkilatlar tərəfindən xərclənib. Xüsusən də Elon Maskın dəstək kampaniyası xatırladılıb. Siyahıda ümumilikdə 11 min “siyasi qrup” yer alıb.