"SƏSSİZ ÖLÜM" – Dəm qazı bəlasından necə xilas olaq?
VİDEO

Dəm qazı, yəni karbon monoksidlə (CO) zəhərlənmələr günbəgün artmaqdadır. Adi yüngül zəhərlənmələrdən tutmuş, orqanizmdə hipoksiya (oksigen azlığı) vəziyyətinə qədər gətirib çıxaran dəm qazı insanlar üçün kabusa çevrilib. Statistikaya baxanda 2024-cü ildə də dəm qazından zəhərlənmə hadisələrinin əvvəlki illərə uyğun davam etdiyi məlum olur. Hətta sosial çarxlar, maarifləndirici informasiyalar artsa belə...

 

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, cari ilin əvvəlindən bugünədək dəm qazından zəhərlənmə səbəbilə Toksikologiya şöbəsinə 54 nəfər qəbul edilib.

 

“Zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib, lakin həkimlərin səylərinə baxmayaraq, onlardan bir nəfərin həyatını xilas etmək mümkün olmayıb”, - qurumdan əlavə edilib.

 

Statistika bununla da yekunlaşmır. Çünki bu təkcə xəstəxanaya gətirilənlərin sayıdır. Həkiməqədər ölümlə nəticələnən onlarla dəm qazı boğulmalarından da xəbərsiz deyilik...

 

Bəs dəm qazından zəhərlənmənin simptomlarını necə müəyyən etmək olar, ilkin hansı yardımların göstərilməsi müvafiq sayılır?

 

Mövzu barədə Trend-ə danışan Baş toksikoloq Azər Maqsudov hesab edir ki, dəm qazı ilə zəhərlənməmək üçün evdə və qapalı məkanlarda qazla işləyən bəzi texniki avadanlıqların sazlanması vacib şərtdir.

 

O bildirib ki, mövsümlə bağlı dəm qazından zəhərlənmə artsa da, hələlik son bir ayda Kliniki Tibbi Mərkəzə çox az müraciət daxil olub: “Onlar da orta ağır vəziyyətə daxil olublar və zəruri yardımlar olunub, ölüm halının baş verməsinin qarşısı alınıb. Dəm qazının qoxusu olmadığı üçün qapalı şəraitdə diqqətli olmaq lazımdır. Əsasən, hamamda baş verir, bunun üçün də həssas məqamlar nəzərə alınmalıdır. İkinci əlamət odur ki, hava çatışmazlığı, tək-tək ürək döyüntüsü baş verir və huşun yox olması ilə nəticələnir. Mütləq o halda təmiz havaya çıxmaq lazımdır”.

 

Toksikoloq belə hallarda ev şəraitində ilkin təxirəsalınmaz yardım kimi bunları qeyd edib: “Zəhərlənmiş şəxsin huşu itməyibsə, isti içki vermək, təcili yardıma müraciət etmək lazımdır. Həkim yerində baxış keçirməlidir, təsdiqlənmiş dəm qazı diaqonozu qoyulubsa, mütəxəssis baxışı üçün xəstəxana şəraiti olan yerə aparmaq lazımdır.

 

Toksikoloq baxışı vacibdir, çünki analizlər aparılmalıdır. Qapalı mühitdə qaz cihazı işləyirsə, qaz xəttinin üzərində işarəedici qurğu olmalıdır ki, qaz sızması baş verərsə, o qurğu xəbərdarlıq etsin. Belə olan halda təhlükə də baş verməz”.

 

Qeyd edək ki, dəm qazı ilə zəhərlənmə ən çox, əsasən, bu hallarda baş verir: suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması, kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi, tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi.

 

Buna görə də təhlükəsizlik üçün bu məsələlərə diqqətlə yanaşılmalı, vaxtında yoxlanış həyata keçirilməlidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.