Tsalencixa rayonunun (Sameqrelo-Zemo Svaneti bölgəsi) meri Georgi (Giya) Xarçilava qan laxtalanması nəticəsində ölüb.
Bu barədə gürcü mediası məlumat yayıb.
Qeyd edilib ki, Xarçilava Gürcüstanda müxalifətdən olan yeganə mer idi. O, Vahid Milli Hərəkat Partiyasından yeganə şəxs idi ki, 2021-ci ildəki seçkilərdə hakim “Gürcü Arzusu”ndan olan rəqibini üstələyə bilmişdi.
G.Xarçilava 54 yaşında vəfat edib.