Çexiya Prezidenti ölkə vətəndaşlarına
UKRAYNA ORDUSUNA QOŞULMAĞA İCAZƏ VERDİ

Çexiya Prezidenti Petr Pavel respublikanın 60 vətəndaşına Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmağa icazə verib.

 

Bu barədə Çexiya Radiosu dövlət başçısının mətbuat katibi Filip Platosa istinadən məlumat yayıb.

 

Ümumilikdə 180-dən çox çex Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq üçün icazə almaq məqsədilə ərizə təqdim edib. Onlardan neçəsinin rədd edildiyi barədə məlumat verilmir.

 

2022-ci il fevralın 24-dən etibarən respublika vətəndaşlarına Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmaq üçün 132 icazə verilib. Lakin belə icazə alanlardan neçəsinin əslində Ukraynaya getdiyi məlum deyil.

 

Çexiya qanunvericiliyi respublika vətəndaşlarının Prezidentin icazəsi olmadan hərbi və ya hərbiləşdirilmiş xarici birləşmələrdə iştirakını istisna edir. Bu qayda yaşayış icazəsi olan əcnəbilərə də şamil oluna bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.