Zurabişvili yeni parlament seçkiləri keçirməyə çağırdı
Aİ DEPUTATLARI İLƏ BİRGƏ MƏTBUAT KONFRANSI

Oktyabrın 26-da keçirilən parlament seçkilərində hakim “Grücü Arzusu-Demokratik Gürcüstan” partiyasının qələbəsinin legitimliyini tanımaqdan imtina edən Gürcüstan Prezidenti Salome Zurabişvili yeni seçkilərin keçirilməsini zəruri sayır.

 

Salome Zurabişvilinin fikrincə, Gürcüstan “dərin siyasi böhrana” girir və bu böhranı yeni parlament seçkiləri ilə aradan qaldırmaq olar və Avropa bu işdə ona kömək edəcək.

 

“Gürcüstan dərin siyasi böhrana girir, avropalı dostlarımız bizə gəliblər. Bu, yaxşı əlamətdir ki, Avropa bizi öz əlindən buraxmır və Avropada Gürcüstana və onun xalqına inanırlar. Gürcüstan demokratik hakimiyyətə malik olmayan demokratik ölkədir. Gürcüstanda ölkənin bütün qurumlarını ələ keçirən birpartiyalı hakimiyyət var və biz son birpartiyalı saxta seçkilərdə nəticə əldə etdik”, - Tbilisiyə gələn səkkiz Aİ ölkəsinin parlament komitələrinin rəhbərləri ilə keçirdiyi birgə mətbuat konfransında Salome Zurabişvili deyib.

 

Gürcüstan Prezidentinin iddiasına görə, bu gün yalnız yeni parlament seçkiləri təyin etməklə ölkəni siyasi böhrandan çıxmaq olar. Çünki yeni seçkilər əsasında Gürcüstan cəmiyyəti legitim parlamentə, legitim hökumətə və vaxtı çatanda legitim prezidentə malik ola bilər.(Azvision.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.