Trampdan şok seçim:
“İNSAN ALVERÇİSİ"Nİ NAZİR TƏYİN EDİR?

ABŞ-da prezident seçkilərində qalib gələn Donald Trampın ədliyyə naziri vəzifəsinə respublikaçı Mett Qetzi seçməsi müzakirələrə səbəb olub.

 

Tramp özünə məxsus “Truth social” platformasında Konqresin Floridadan olan respublikaçı üzvü Qetzi Ədliyyə Nazirliyinə namizəd olaraq göstərib: “Mett Ədliyyə Nazirliyindəki sistemli korrupsiyanı ləğv edəcək, nazirliyi cinayətlə mübarizəyə təşviq edərək, demokratiyamızı, konstitusiyamızı qoruma missiyasına geri qaytaracaq. O, yeni ədliyyə naziri olaraq ABŞ sərhədlərini qoruyacaq, cinayətkar dəstələri aradan qaldıracaq, Amerika xalqının nazirliyə olan inam və güvənini yenidən bərpa edəcək”.

 

CNN televiziyası Trampın bu təklifini “şok seçim” kimi dəyərləndirib. Bildirilib ki, Qetz təhrikedici çıxışları ilə siyasi gündəmə gəlir. O, insan alverində ittiham edilsə də, bu ittiham akta keçməyib. “Foks Nyus”a danışan başqa bir respublikaçı konqres üzvü Kevin Kramerin sözlərinə görə, Qetz Senatın təsdiqindən keçməyə bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.